Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edən beynəlxalq müşahidəçilər bazar ertəsi mətbuat konfransı keçirəcəklər
BAKI, 29 avqust 2024-cü il – Beynəlxalq seçki müşahidəçiləri Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra əldə etdikləri nəticələri təqdim etmək üçün mətbuat konfransı həyata keçirəcəklər.
Nə:
- Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı beynəlxalq seçki müşahidə missiyasının mətbuat konfransı;
- Jurnalistlər mətbuat konfransında şəxsən və ya Zoom vasitəsilə iştirak edə bilərlər (aşağıda ətraflı məlumat verilir);
- Şəxsən iştirak edə bilməyənlər canlı yayımı buradan izləyə bilərlər.
Kim:
- Maykl Krid, Xüsusi Koordinator və ATƏT-in qısamüddətli müşahidəçilərinin rəhbəri;
- Lusi Potuçkova, ATƏT PA nümayəndə heyətinin rəhbəri;
- Ditmir Buşati, DTİHB seçkiləri müşahidə missiyasının rəhbəri.
Nə vaxt:
- 2 sentyabr 2024 fevral 2024-cü il yerli vaxtla saat 15:00 (GMT +4).
Harada:
- Landmark, Rotunda zalı, Nizami küç., 90A, Bakı.
Qeydiyyat:
- Zoom vasitəsilə iştirak etmək üçün 2 sentyabr yerli vaxtla saat 11:00-a kimi bu linkdən istifadə edərək qeydiyyatdan keçməyiniz xahiş olunur.
Beynəlxalq seçki müşahidəsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyasının (ATƏT PA) birgə missiyasıdır.
Müşahidə missiyası uzunmüddətli və qısamüddətli müşahidəçilərdən ibarət DTİHB-nin 225 ekspertindən və 54 nəfər ATƏT PA-dan olmaqla ümumilikdə 279 müşahidəçidən ibarətdir.
Əlavə məlumat əldə etmək üçün aşağıdakı şəxslərlə əlaqə saxlamağınız xahiş olunur:
Katya Andruş, DTİHB: +48 609 522 266 və ya [email protected];
Anjelika İvanişçeva, ATƏT PA: + 45 60 10 80 30 və ya [email protected]