USAİD və ATƏT insan alverinə qarşı mübarizə və ədalət mühakiməsinə əlçatımlığın təşviqində Azərbaycana kömək etmək üçün bir araya gəlirlər
BAKI, 29 sentyabr 2011-ci il -- Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı Ofisi Azərbaycanda insan alverinə qarşı mübarizədə əməkdaşlıq etmək və ədalət mühakiməsinə əlçatımlığı gücləndirmək məqsədilə qrant sazişi imzaladılar. Sazişi USAİD-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin və ATƏT-in Bakı Ofisinin rəhbəri Səfir Koray Tarqay imzalamışdır.
Qrant sazişinə uyğun olaraq, USAİD ATƏT-in təhlükəsizlik və ədalət sektorlarındakı, yəni insan alverinə qarşı mübarizə və ədalət mühakiməsinə əlçatımlıq sahəsində səylərinə dəstək göstərəcək. Bu fəaliyyətlər nəticəsində insan alveri və məcburi əmək qurbanlarına yardım sahəsində hökumət və qeyri-hökumət qurumları arasında koordinasiya və potensial artacaq, habelə kütləvi informasiya vasitələri bu mövzuda reportajlar hazırlamaqda təlim keçəcəklər. Bu qrant həmçinin ədalət mühakiməsinə əlçatımlığı gücləndirəcək, habelə əhalini pulsuz hüquqi yardım və məlumatla təmin etmək üçün Şəki və Lənkaranda yerləşən Hüquq Resurs Mərkəzlərini maliyyələşdirəcək.730,000 ABŞ dolları məbləğində olan bu qrant sazişi bu fəaliyyətləri 2011-ci ilin oktyabr ayından 2013-cü ilin sentyabr ayına kimi maliyyələşdirəcək.
ABŞ səfiri Metyu Brayza və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şixəliyev də imzalama mərasiminə qatılmışdır. Səfir Brayza iştirakçılara demişdir ki, həmin qrant onu göstərir ki, “Amerika Birləşmiş Ştatları, ATƏT-lə əməkdaşlıq şəraitində,bu müasir köləlik formasına qarşı mübarizədə bizim azərbaycan tərəfdaşlarımıza köməklik göstərməyə sadiqdir.” O, əlavə etmişdir ki, ATƏT-in Bakı Ofisi bu fəaliyyətləri Azərbaycan hökuməti və vətəndaş cəmiyyətilə əməkdaşlıq şəraitində icra edəcək və onlar, Azərbaycanda insan alverinə qarşı mübarizəyə böyük töhfə verəcək.
ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Koray Tarqay qeyd etmişdir ki, “ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin bu iki layihəyə verdiyi dəstək Azərbaycan hökumətinə ATƏT öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Azərbaycanın enerji sahəsindəki inkişafla əldə etdiyi uğurlara təhlükəsizlik və ədliyyə sektorlarında da nail olması, qarşıdan gələn illər ərzində ölkədə plüralist demokratiya, insan haqları və iqtisadi tərəqqi üçün münbit şərait yarada bilər.”
USAID haqqında daha geniş məlumat üçün, USAID təşkilatının İctimaiyyətlə əlaqələr üzrə əməkdaşı Vüqar Nağıyev ilə, email vasitəsilə ([email protected]), və ya telefonla (+994 12) 498 18 35 əlaqə saxlamağınız xahiş olunur.
ATƏThaqqında daha geniş məlumat üçün, ATƏT-in Mətbuat və İnformasiya Xidmətinin rəhbəri Rəşad Hüseynov ilə, email vasitəsilə ([email protected]), və ya telefonla (+994 12) 4972373 əlaqə saxlamağınız xahiş olunur.