Azərbaycanda yuvenal adliyyənin icrasına dair monitorinqin hesabatı
“Azərbaycanda Yuvenal Ədliyyənin İcrasına dair Monitorinqin Hesabatı” yuvenal ədliyyə sahəsində milli və beynəlxalq ekspertlərin birgə əməyinin nəticəsidir. Hesabat Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının ATƏT-in Bakı Ofisinin dəstəyilə həyata keçirdiyi monitorinqin nəticələri əsasında tərtib edilib. Hesabat yuvenal ədliyyə sistemi daxilində uşaqların və uşaq hüquqlarının vəziyyətinə dair empirik tapıntıları əks etdirir və Azərbaycan Respublikasında yuvenal ədliyyə sistemini təşkil
edən müəssisələrin fəaliyyətində olan çatışmazlıqlar və boşluqlara dair məlumat verir.
Avropada Təhlükəsizlik bə Əməkdaşlıq Təşkilatının (ATƏT) müəllif kimi göstərildiyi hallar istisna olmaqla, sənədlərdə əksini tapan baxışlar, rəylər, nəticələr və digər məlumatlar ATƏT-in mövqeyini əks etdirməyə bilər.