ATƏT insan alveri qurbanlarının müdafiəsinə həsr olunmuş beynəlxalq seminar təşkil edir
BAKI, 26 noyabr 2013 – ATƏT-in Bakı Ofisi insan alveri qurbanlarının müdafiəsi mexanizmlərinə həsr olunmuş beynəlxalq seminar keçirir.
Iki günlük tədbirin məqsədi hakim, prokuror, vəkil və hüquqşunasların insan alveri və məcburi əmək hallarının mühakiməsi, eləcə də insan alveri qurbanlarının müdafiəsi haqqında biliklərini təkmilləşdirməkdir.
ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Koray Tarqay: “İnsan alverinə qarşı mübarizəyə cəlb olunmuş bütün tərəflərin qurbanların zəif durumda olduqlarını qəbul etməci çox vacib haldır. Önəmli məsələlərdən biri də onların insan alveri qurbanı olduğu zaman məcburən törətdikləri əməllərə görə, cinayət məsuliyyətinə cəlb edilməməsi və cəzalandırılmamasıdır.”
Seminar zamanı insan alverinə qarşı mübarizədə məhkəmə orqanlarının roluna dair hərtərəfli müzakirələr aparılacaq. Tədbir iştirakçiları məhkəmə prosesləri və qurbanların ifadə verməsi zamanı üzə çıxan əsas problemləri, qurbanlara kompensasiyaların verilməsi məsələsini, eləcə də onlara hüquqi yardımın verilməsində vəkillər kollegiyalarının rolunu və pulsuz hüquqi yardım sisteminin mümkünlüyünü müzakirə edəcək.
Tədbir zamanı, ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə Xüsusi Nümayəndəsi və Koordinatorunun hazırladığı insan alveri ilə bağli cəzasizliq müddəasinin effektiv şəkildə həyata keçirilməsinə dair tövsiyələrin Azərbaycan dili versiyası təqdim olunacaq.